Quantanamoda saxlanılan tunisli məhbus ölkəsinə göndərilib

1 Yanvar 2025 09:41 (UTC+04:00)

ABŞ-ın Quantanamodakı bazasında saxlanılan tunisli məhbus ölkəsinə ekstradisiya olunub. SİA xəbər verir ki, xəbəri rəsmi Pentaqon təsdiqləyib. ABŞ mətbuatının xəbərinə görə, Ridah bin Saleh bu həbsxanada 2002-ci ildən cəza çəkirdi. Onun ekstradisiyasından sonra bazada saxlanılan dustaqların 26-ya enib.