Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Konstantin Smeşkonun dəfn mərasimi keçirilib.
SİA “Dialoq”-a istinadən xəbər verir ki, Moskva onun ləğvinin təfərrüatlarını gizlədir.
İnternetdə yüksək rütbəli rus zabitinin dəfn mərasimindən görüntülər yayılıb. Deyilənlərə görə, general-mayor dekabrın 26-da məhv edilib.
Ötən gün Ukrayna Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Lqov şəhərində (Kursk vilayəti) komanda məntəqəsinə hücum edib.
Ola bilsin ki, hücum zamanı Smeşko orada olub.
General-mayor Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunları rəisinin müavini vəzifəsində çalışıb.
Onu sakitcə dəfn etdilər: heç bir reklam və ya rəsmilik olmadan...
Smeşko həm çeçen müharibəsində, həm Krımın işğalında, həm Suriya münaqişəsində, həm də Ukraynaya qarşı genişmiqyaslı təcavüzdə iştirak edib.
Əli Babayev