''Ford"un rəsmi X səhifəsində Fələstini dəstəkləyən paylaşımlar edilib

31 Dekabr 2024 19:34 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının avtomobil istehsalçısı "Ford"un rəsmi X (Twitter) səhifəsində Fələstini dəstəkləyən paylaşımlar edilib. Şirkətin rəsmi hesabında yayımlanan yazılarda "Azad Fələstin", "İsrail terror dövlətidir" və "Bütün gözlər Qəzzadadır" kimi ifadələr yer alıb.

SİA-nın məlumatına görə, bəzi mənbələr isə "Ford"un rəsmi X səhifəsinin ələ keçirildiyini iddia ediblər. Sözügedən yazılar qısa müddət ərzində silinib.

Şirkət hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.