''Haaretz'': ''İsrail Qəzzanın şimalında etnik təmizləmə siyasəti yürüdür''

31 Dekabr 2024 18:36 (UTC+04:00)

“İsrail Qəzzanın şimalını işğal edәrәk vә xəstəxanaları dağıdaraq etnik təmizləmə siyasәti yürüdür’’

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə mərkəzi Tel-Əvivdə yerləşən ''Haaretz'' qəzeti məqalə dərc edib.

Məqalədə İsrail ordusunun IV Cenevrə Konvensiyasını pozaraq yurd-yuvalarından didərgin düşmüş fələstinliləri cənuba köç etməyə məcbur etdiyi bildirilib.