DİN qanunsuz saxlanılan silah-sursatı aşkarladı

31 Dekabr 2024 11:52 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. SİA-nın DİN-ə istinadən verdiyi xəbərə görə, dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 15 tüfəng, 2 patron darağı və 494 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.