Xəzər dənizində zəlzələ baş verib - YENİLƏNİB

31 Dekabr 2024 09:23 (UTC+04:00)

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. SİA bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 06:46-da Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.