Təyyarə qəzasında xəsarət alan üç nəfər Azərbaycana göndərilib

30 Dekabr 2024 21:53 (UTC+04:00)

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alan və 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan üç Azərbaycan vətəndaşı xüsusi təyyarə ilə vətənə göndərilib.

SİA Manqistau vilayəti akiminin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəsarət alanlar dekabrın 25-dən vilayət çoxprofilli xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdular.

Hazırda Manqistau vilayət çoxprofilli klinikasında təyyarə qəzasında xəsarət alan xəstələr yoxdur.