AMEA-nın prezidenti Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib

30 Dekabr 2024 20:04 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA-dan erilən məlumat görə, bu münasibətlə TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə təbrik məktubu göndərilib.