Çili sahillərində 5,5 maqnitudalı zəlzələ olub

30 Dekabr 2024 12:01 (UTC+04:00)

Çili sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kokimbo şəhərindən 61 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.