Fransalı üzgüçülər Paris olimpiadasının medallarının keyfiyyətindən şikayətləniblər

30 Dekabr 2024 11:11 (UTC+04:00)

Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarının medallarının keyfiyyətindən şikayətləniblər. SİA xəbər verir ki, idmançılar olimpiadada qarışıq estafet yarışında qazandıqları mükafatın fotolarını yayımlayıblar.

Onlar medalların hazırkı vəziyyətini göstərərək keyfiyyətini ələ salıblar. Yohann Ndoy Bruar "Paris 2024" əvəzinə "Paris 1924" yazıb, Sekki isə medalları "timsah dərisi" adlandırıb.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunub.