Paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.