AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Ramin İbrahimovun cənazəsi Şəmkir rayonuna gətirilib. SİA-nın məlumatına görə, R.İbrahimovun nəşi Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə onunla vida mərasimi üçün hazırlıq işləri görülür.
R.İbrahimov kənd qəbristanlığında dəfn olunacaq.