Cənubi Koreyada baş verən təyyarə qəzasında 120 nəfərin öldüyü təsdiqlənib

29 Dekabr 2024 10:27 (UTC+04:00)

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 120 nəfərin öldüyü təsdiqlənib. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətlərinə istinadən məlumat verib.

"Jeju Air”ə məxus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb. Məlumatların təsdiqlənməsi davam edir", - məlumatda bildirilib.