Çoi Cənubi Koreyanın xarici siyasətinin dəyişməyəcəyini deyir

28 Dekabr 2024 18:16 (UTC+04:00)

Cənubi Koreyada Baş nazir Han Dok Su Milli Məclisdə keçirilən səsvermə ilə vəzifəsindən azad edilərək yerinə Baş nazirin müavini və Maliyyə naziri Çoi Sanq Mok təyin edildi.

SİA-nın məlumatına görə, Han Milli Məclisin qərarına hörmətlə yanaşaraq vəzifələrini dayandıracağını bildirərkən Çoi hökumətin siyasi qarışıqlığı sabitliyə çevirmək üçün çalışacağını qeyd etdi. Bundan əlavə, Çoi Cənubi Koreyanın xarici siyasətinin dəyişməyəcəyinə dair əminlik verdi.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti isə Çoi ilə əməkdaşlıq etməyə hazır olduqlarını və Cənubi Koreya xalqını dəstəkləyəcəklərini vurğuladı.

Ölkədə elan edilən hərbi vəziyyət parlamentin qərarı ilə ləğv edilmiş və prezident Yun Sok Yolun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılması nəticəsində Han Dok Su müvəqqəti olaraq Baş nazir təyin olunmuşdu.