Tiktoker "Melika"nın evindən 210 min manat oğurlanıb. SİA sosial mediaya istinadən xəbər verir ki, bu barədə tiktoker özü paylaşım edib. O bildirib ki, pulu ona yaxın olan insanlar oğurlayıb. Tiktoker onun evinin açarının üzünün çıxarıldığını və bu üsulla evə girildiyini deyib. Tiktoker bununla bağlı şikayət edəcəyini bildirib.