Toya və yasa gedən avtomobillər toqquşub

28 Dekabr 2024 12:00 (UTC+04:00)

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. SİA-nın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.

“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.