Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.