Əmtəə bazarlarında qızıl daha da ucuzlaşıb

28 Dekabr 2024 09:28 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,83% azalaraq 2 631,9 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,39% azalaraq 29,97 ABŞ dollarına bərabər olub.