Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28 Dekabr 2024 09:14 (UTC+04:00)

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Ağacanov Ruhlan Nagı oğlu, 2008-ci il təvəllüdlü Ağacanov Ruhin Ruhlan oğlu və 2015-ci il təvəllüdlü Ağacanlı Zəhra Ruhlan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir.