Bakıda küçədə huşsuz tapılan kişi ölüb

28 Dekabr 2024 09:09 (UTC+04:00)

Bakıda tüfeyli həyat sürən şəxs ölüb. SİA xəbər verir ki, Yasamal rayonunda küçədə 40-45 yaşlarında tüfeyli həyat sürən kişi huşsuz vəziyyətdə aşkarlanıb.

Xəstəxanaya yerləşdirilən kişi həkimlərin səyinə baxmayaraq ölüb.

Araşdırma aparılır.