...Ukraynadakı münaqişədə ən çox uduzan Ukraynanın özü olacaq, amma ABŞ və Çin qalib gələcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Handelsblatt-a müsahibəsində deyib.
...Bu müharibədə ən çox uduzanlar, əlbəttə ki, ukraynalılardır. Amma ruslar da, biz avropalılar da uduzuruq. ABŞ və Çin qalibdir. Birincilər enerji bazarında öz mövqelərini gücləndirirlər, ikincilər isə indi hər bir Qərb ölkəsinin təcavüzə necə reaksiya verəcəyi barədə aydın təsəvvürə malikdir.
Ukraynada münaqişəyə son qoyulmasından danışan Vuçiç buna seçki kampaniyası zamanı bu münaqişəyə son qoyacağına söz verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nail ola biləcəyinə əminliyini ifadə edib.
Serbiya prezidentinin sözlərinə görə, Amerika liderinin təşəbbüsü ilə mümkün danışıqlarda vasitəçi “Moskvaya böyük təsir göstərə biləcək” Çin olacaq.
Əli Babayev