Xorvatiyalı alim xərçəngin müalicəsi üçün viruslardan istifadə edib

28 Dekabr 2024 01:08 (UTC+04:00)

...Xorvatiyalı virusoloq Beata Halassi öz təcrübəsində innovativ virus terapiyası metodundan istifadə edərək onkologiya sahəsində sıçrayış əldə edib.

SİA-nın məlumatına görə, tədqiqatçı tədqiqatını çətinliklə də olsa elmi nəşrdə dərc etdirib.

Beləliklə, döş xərçənginin aqressiv forması ilə qarşılaşan və ənənəvi müalicədən sonra iki residiv yaşayan Zaqreb Universitetinin tədqiqatçısı Halassi, yeni bir yanaşma inkişaf etdirdi. O, qızılca və vezikulyar stomatit viruslarından istifadə edib, onları laboratoriyada kultivasiya edib, sonra isə birbaşa şişə yeridib.

İlk inyeksiyadan sonra 11 gündə şiş kiçilməyə başlayıb. 8 həftəlik müalicədən sonra isə şiş ətrafdakı toxumadan ayrılıb ki, bu da uğurlu əməliyyata şərait yaradıb.

...Halassi izah edib ki, viruslar immunitet sistemi üçün marker rolunu oynayıb, bədxassəli hüceyrələri tanımağa və məhv etməyə kömək edir.

...Qeyd edilməlidir ki, elmi ictimaiyyət onun işinə ehtiyatla reaksiya verib.

Belə ki, 13 jurnal araşdırmanı dərc etməkdən imtina edib və Halassi özü mümkün etik pozuntulara və özünü müalicə edən xəstələrlə bağlı risklərə görə tənqid edilib.

...“Nature” xəbər verir ki, buna baxmayaraq, alim dörd ildən artıq davam edən virus terapiyasından sonra stabil remissiyada qalmaqda davam edir.

Əli Babayev