Azərbaycanda bələdiyyələr qrant ala biləcək

27 Dekabr 2024 16:22 (UTC+04:00)

Azərbaycanda bələdiyyələr qrant ala biləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək.