“Embraer” təyyarə istehsalı müəssisəsinin nümayəndələri Aktauya gəlib

27 Dekabr 2024 14:33 (UTC+04:00)

“Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər. SİA Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Təhqiqat komissiyası aviasiya hadisəsi yerində növbəti işləri planlaşdırıb.

Yaxın günlərdə, həmçinin CENIPA-nın (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) gəlişi gözlənilir.