AMB sığortaçı seçib

27 Dekabr 2024 11:50 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 209 910 min manat ödəniləcək.

Xatırladaq ki, əsas vəsaitlərlə bağlı bundan əvvəlki tenderdə də qalib "PAŞA Sığorta" elan edilib.