"yarpaqlar avtomatik olaraq saralıb tökülür" - EKOLOQ AÇIQLADI

27 Dekabr 2024 11:07 (UTC+04:00)

Ağac əkmək və onun istehsalı təkcə təbiətin qorunması deyil, həm də iqtisadi və sosial inkişafın vacib tərkib hissəsidir. Ağac əkmək ətraf mühitin balansını təmin edir, karbon qazını udaraq havanı təmizləyir və torpağın münbitliyini artırır. Eyni zamanda, ağac məhsulları – odun, kağız, mebel və digər istehsal vasitələri – iqtisadiyyatın bir çox sahələrində əhəmiyyətli rol oynayır. Bu proses həm davamlı inkişafı dəstəkləyir, həm də təbii resursların səmərəli istifadəsini təmin edir. Ağac əkməklə istehsal arasındakı balansı düzgün qurmaq, həm ekoloji, həm də iqtisadi fayda əldə etmək üçün vacibdir.

Bu mövzuda ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında deyib ki, ağac istehsalı üçün xüsusi ağac növləri vardır ki onlar sürətlə böyüyürlər: "Ümumiyyətlə ağac əkmək və istehsalı üçün hansı proseslər olmalıdır. Dekorativ ağac növlərindən həmişəyaşılları misal çəkə bilərəm. Qeyd edim ki, yeganə həmişəyaşıl ağaclardan zeytun sadəcə meyvə verir. Bu ağacların tinkləri salındıqdan sonra onları gətirib əkirlər. Əkmək prosesində havanın temperaturu 5 dərəcə aşağı olmalıdır, tinklik yarpağı tamamən töküləndən 15-20 gün bəzən hətta 1 ay gözləməli olursan ki burada bütün yarpaq töküləndən sonra əsas kök hissəsinin topalanan sahəsinə torpağın temperaturu təsir etsin. Torpaqda molekul suyu qatılaşır və nəticədə bitkinin budağına dövr edə bilmir və yarpağa təsir etmir. Ona görə də yarpaqlar avtomatik olaraq saralıb tökülür. Bu ümumilikdə yarpağını tökən ağaclara yəni enliyarpaqlara aid edilir. Həmişəyaşılları çalışırlar ki payız vaxtında əksinlər. Soyuq havada vegitasiyasının ləngiməsi hiss olunmasın deyə onun artımına baxırlar, daha sonra isə əkirlər. Əkim iki istiqamətdə gedir, dediyim kimi biri dekorativ ağaclar, həmişəyaşıllar və müxtəlif ağaclardır. Digərləri isə oduncaq üçün yetişdirilən ağaclardır.

Mən Macarıstanda olanda orada fevral, mart ayında təxminən indiki gövdəli, enliyarpaqlı çinar ağaclarından əkirdik. Mən də macar aqranomlarına sual verirdimki bunu niyə belə əkirsiz? Onlarda deyirdi ki biz onları maksimum 10, 15, 20 ilə saxlayırıq sonra isə qırıb oduncağından istifadə edirik. Ona görə də onlar öz təsərrüfatını texnika ilə əkib yaradırlar. Həmçinin orada yağıntılar çox olduğu üçün ağaclar sürətlə böyüyür.

Daha sonra Azərbaycanda ağac təsərrüfatları, yəni şitilliklər var. Meyvə ağacları üçün nəzərdə tutulmuş üzümlük, almalıq şitillikləri var. Eyni zamanda dekorativ ağaclar olan eldar şamı, küknarlar üçün də şitilliklər əkirlər. Onlar şəhər mühitində, sahil kənarında və rayonlarda olur. Adətən onları çayların ətraflarında, qumsal sahələrində əkirlər ki, yaxşı kök ata bilsin, daima su olsun. Həmçinin onları köklərindən əkmək lazımdı ki, şitillikdə bar verə bilsin. Ağacın gövdəsini isə oduncaq kimi istifadə edirlər. Lakin bizdə oduncağa elə də fikir vermirlər çünki Rusiyadan gətirilir. Rusiya dünyanın ən çox enliyarpaq meşələrinə, böyük ehtiyata malikdir".