Milli Məclisdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb

27 Dekabr 2024 11:07 (UTC+04:00)

Milli Məclisdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb. SİA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 27-də keçirilən plenar iclasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması haqqında çıxış edib.

Sədr həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.