"İsrail Yəməndə İranın "şər oxunun" əlini kəsmək üzrədir". SİA “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bunu Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Yəmən sahillərində və Sənada husilərin hədəflərinə zərbələr endirib .
“Biz İranın "şər oxunun" bu terror qolunu kəsməkdə qərarlıyıq. Başladığımız işi başa çatdırana qədər davam edəcəyik”, - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.