Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

27 Dekabr 2024 03:17 (UTC+04:00)

Yaponiyanın Honsyu adası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Ekspertlər qeyd ediblər ki, zəlzələnin episentri 428 min insanın yaşadığı Yokosuka şəhərindən 571 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.