Oğuzda üç avtomobil toqquşub, xəsarət alan var

26 Dekabr 2024 21:58 (UTC+04:00)

Oğuzda yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Padar kəndində qeydə alınıb.

Qəza zamanı müxtəlif markalı üç avtomobil toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 39 yaşlı Əbülfət Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Qəzada yaralanan şəxs dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.