Tailand Rusiyanın BRICS tərəfdaş ölkəsi olmaq dəvətini qəbul edib.
SİA-nın məlumatına görə, “Bangkok Post” xəbər verir ki, bunu Tailandın Xarici İşlər Nazirliyinin spikeri Jirayu Xunsub deyib.
Onun sözlərinə görə, oktyabrın 31-də Tailand BRİKS-in 2024-cü ildə sədri olan Rusiyadan BRİKS tərəfdaş ölkəsi olmaq üçün rəsmi dəvət alıb.
Artıq dekabrın 24-də Nazirlər Kabinetinin iclası keçirildi və orada Tailandın bu dəvətə müsbət cavab verəcəyinə qərar verildi.
...Həmin gün Tailandın Xarici İşlər Naziri Rusiya Xarici İşlər Nazirinə məktub göndərib və bu məktubda Tailand BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmağa razılaşıb, - deyə Tailandın Xarici İşlər Nazirliyi bildirib.
Əli Babayev