Politoloq: Zurabişvili prezident sarayından uğurla deportasiya olunur

26 Dekabr 2024 18:53 (UTC+04:00)

...Gürcüstanda çətin vəziyyət yaranır, çünki “müxalifət bütün yolu getmək qərarına gəlib”. Digər tərəfdən, hakim “Gürcü Arzusu” partiyasının “geri çəkiləcək yeri yoxdur və bu, mümkün deyil”.

SİA-nın məlumatına görə, bu fikri “Vzqlyad” qəzetinə müsahibəsində politoloq, “Valday” diskussiya klubunun elmi direktoru Fyodor Lukyanov ölkədəki mövcud hakimiyyətin mandatı dekabrın 29-da başa çatan Salome Zurabişvilini prezident sarayından çıxara bilib-bilməyəcəyini müzakirə edərkən deyib.

Ekspert hesab edir ki, “Gürcü arzusu” Zurabişvilini öz iqamətgahından deportasiya edə bilməsə, bu, hakimiyyətin məğlubiyyəti kimi qəbul olunacaq və etirazlara ruh yüksəkliyi əlavə edəcək.

...Belə olan halda əvvəlcə yeni prezident Mixail Kavelaşvilinin inauqurasiyası baş tutacaq, sonra isə hakimiyyət aşağıdakı taktika seçəcək: qoy Zurabişvili bundan bezənə qədər iqamətgahda otursun, amma o, artıq heç kim deyil..?

Bunu deyən Lukyanov, Zurabişvilinin hələ də sarayı tərk edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda Gürcüstanın baş naziri İrakli Kobaxidze Zurabişvilini dekabrın 29-da vəzifəsini tərk etməkdən imtina edəcəyi təqdirdə onu həbslə hədələyib.

Əli Babayev