NATO-nun sözçüsü Farah Dakhlallah Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib və qəza ilə bağlı “tam araşdırmaya” çağırıb.
SİA-nın məlumatına görə, bu barədə alyansın nümayəndəsi X sosial şəbəkəsində yazıb.
...Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”nın J28243 reysinin həyata keçirilməsində həlak olanların ailələri və qurbanlarının yanındadır. Qəza zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırmaya çağırırıq, - deyə o yazıb.
Qeyd edək ki, qəzanın səbəbləri məlum deyil, bir versiyaya görə, təyyarə quşlarla toqquşma nəticəsində düşüb..?
Aktauda qəzaya uğrayan təyyarədə sağ qalan 9 rusiyalı Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə Moskvaya aparılıblar.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərdən 3 nəfərin vəziyyəti ağır, bir qadının vəziyyəti daha ağır, daha 5 nəfərin, o cümlədən uşaq orta ağırdır.
Bundan əvvəl Qazaxıstanda qəzaya uğrayan təyyarənin salonundan səs yazısı yayılıb.
Əli Babayev