Sankt-Peterburq qubernatoru xatirə kitabına qeyd qoyub

26 Dekabr 2024 15:16 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bu gün Azərbaycan Respublikasının Baş Konsulluğunu ziyarət edib. SİA-nın məlumatına görə, qubernator "Azərbaycan Hava Yolları"nın (AZAL) sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar açılmış xatirə kitabına qeyd qoyub.