Təyyarə qəzasında həlak olanların xatirəsi Aeroportuda anılır - FOTOLAR

26 Dekabr 2024 14:04 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi ehtiramla yad olunub. SİA xəbər verir ki, hadisə ilə əlaqədar hava limanında quraşdırılmış xatirə lövhəsinin önünə gül dəstələri düzülüb. Ziyarətdə həm qəzada həlak olanların ailə üzvləri, həm də aviasiya sahəsinin nümayəndələri iştirak edirlər.

Vətəndaşlar həlak olanların xatirəsini dərin ehtiramla anırlar.