Azərbaycanın Rusiyadakı səfirliyinin binasında dövlət bayrağı endirilib. SİA xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə matəm elan edilməsi ilə əlaqədar ölkəmizin Moskvadakı səfirliyinin binasında dövlət bayrağımz endirilib.
Moskva sakinləri səfirliyimizin binası qarşısına gül dəstələri gətirir, həlak olanların xatirəsini ehtiramla yad edirlər.