"Elektron nəqliyyatlar ekologiyanın dostudur" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

26 Dekabr 2024 12:27 (UTC+04:00)

Elektron nəqliyyat vasitələri son illərdə ekoloji problemlərin həlli və texnoloji irəliləyişlər baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi daxili yanma mühərriklərinə alternativ olaraq inkişaf etdirilən bu vasitələr, ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi və iqtisadi qənaət baxımından cəmiyyət üçün yeni imkanlar yaradır. Elektrik avtomobilləri, skuter və velosipedlərdən tutmuş qatar və avtobuslara qədər geniş tətbiq sahəsinə malik olan bu texnologiyalar, nəqliyyatın gələcəyini formalaşdırmaqdadır. Bəs indiki vəziyyətdə bu nəqliyyat vasitələrindən düzgün istifadə olunurmu?

Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, qəzalar yalnız ona görə olmur ki, elektron skuter və velosipedlərdən əyləncə məqsədi ilə istifadə edirlər, qəzalar ona görə baş verir ki insanlar yol hərəkət qaydalarına əməl etmirlər. Velosiped idman, əyləncə növü, nəqliyyat vasitəsi növü kimi də istifadə oluna bilər, burada hər hansı bir qadağa yoxdur. Bakı şəhərində skuterlər və velosipedlər nəqliyyat növü kimi populyar olmayıb, amma indi yavaş-yavaş bu kiçik mühərrikli nəqliyyat vasitələri, həmçinin mühəriksiz velosipedlər kütləvi nəqliyyat vasitəsinə çevrilib. Qəzaların qarşısını almaq üçün bu nəqliyyat növlərini istismar edən vətəndaşlar yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bilərəkdən yol hərəkəti qaydalarına riayət etməyib pozurlar.

Elektron skuter və velosipedləri idarə etmənin də müəyyən şərtləri, qaydaları var, həmin qaydalara uyğun idarə etməlidirlər. Qaydalar yol hərəkəti haqqında qanunda dəyişiklik edilib və orda əlavələr var. Elementar sadə qaydada ondan ibarətdir ki, velosiped, skuter sürücüsü də bilməlidir ki, avtomobil yolunda üstünlük onların deyil. Onlar yolun sağ zolağı ilə hərəkət etməlidirlər. Velosipedçi velosiped olan yolla hərəkət etməlidir olmayanda isə yolun sağ istiqaməti ilə etməlidir. Elektron nəqliyyat vasitələrini skuter, smartkart, həmçinin velosipedi istifadə edəndə mütləq həmin şəxslərin başında dəbilqəsi olmalıdır. Həmin nəqliyyat vasitələrinin önündə və arxasında işığı olmalıdır.”