Azərbaycanın Türkiyədəki Səfirliyində başsağlığı kitabı açılıb

26 Dekabr 2024 12:38 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki Səfirliyində başsağlığı kitabı açılıb. SİA xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında məlumat yayılıb.

"Azərbaycan Hava Yollarının Bakı-Qrozn (Rusiya Federasiyası) uçuşunu həyata keçirən Embraer 190 sərnişin təyyarəsinin qəzası nəticəsində çox sayda insan həlak olub.
Başsağlığı diləklərinin çatdırılması üçün Səfirliyimizdə başsağlığı kitabı açılıb",-deyə paylaşımda qeyd edilib.