Azərbaycanın Moskvadakı səfirliyində başsağlığı kitabı açılacaq

26 Dekabr 2024 11:31 (UTC+04:00)

Azərbaycanın Moskvadakı səfirliyində başsağlığı kitabı açılır. Bu barədə SİA Rusiyadakı diplomatik missiyanın məlumatına istinadən xəbər verir.

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar dekabrın 26-da saat 16:00-dan 18:00-dək və dekabrın 27-də saat 14:00-dan 16:00-dək Azərbaycan Respublikasının səfirliyində başsağlığı kitabı açılacaq", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected]ünvanına da göndərmək mümkün olacaq.