Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
"Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən yoxlamaq lazımdır. Aviasiya hadisələrinə operativ reaksiya vermək üçün xilasetmə işlərinin mexanizmini təkmilləşdirmək və maraqlı dövlət orqanlarının əlaqələndirilmiş işini təmin etmək lazımdır", - o bildirib.
Baş nazir vurğulayıb ki, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamaq lazımdır.