Saatlıda 4 otaqlı ev yanıb

26 Dekabr 2024 10:30 (UTC+04:00)

Saatlıda ev yanıb. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Kamallı kəndində ümumi sahəsi 143 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.