Təyyarə qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti müəyyən olunub

26 Dekabr 2024 10:06 (UTC+04:00)

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin şəxsiyyəti müəyyən edilib. O, Azərbaycandandır. SİA Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.