Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

26 Dekabr 2024 08:08 (UTC+04:00)

Yaponiya Hava Yolları (JAL) kütləvi kiberhücuma məruz qalıb. SİA xəbər verir ki, şirkətin yaydığı məlumatda hücumun yerli vaxtla 07.24-də (Bakı vaxtı ilə 01.24) başladığı bildirilir. Qeyd olunur ki, kiberhücum nəticəsində problemlər ortaya çıxıb. Hadisə həm yerli, həm də beynəlxalq uçuşlara təsir edib. Lakin hələlik reyslərin təxirə salınması planlaşdırılmır.