Xocalıda teleqüllə inşa olunacaq

26 Dekabr 2024 07:30 (UTC+04:00)

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq. SİA xəbər verir ki, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır. İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.