Niger və Burkina-Fasonun ardınca Malidə də Fransa müstəmləkəçiliyi dövrünə aid toponimlər dəyişdirilir. SİA xəbər verir ki, artıq bu məqsədlə dövlət başçısının 18 dekabr tarixli sərəncamının icrasına başlanılıb. Baş nazir general Abdulaye Mayqa bildirib ki, müstəmləkə dövrünün qalıqlarından qurtulmaq suverenliyin tərkib hissəsidir.
Paytaxt Bamakoda fransız kolonializmi dövründəki idarəçilərin adları məşhur malili personajların adları ilə əvəzlənib. Artıq 25 küçə, bulvar və meydanın adları dəyişdirilib.