Xəzərdə zəlzələ oldu

26 Dekabr 2024 03:17 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 02:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 63 kilometr dərinlikdə yerləşib.