Təyyarəni istehsal edən "Embraer" şirkətindən AÇIQLAMA

26 Dekabr 2024 02:46 (UTC+04:00)

Təyyarə istehsal edən "Embraer" şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama yayıb. SİA xəbər verir ki, şirkət hakimiyyət və səlahiyyətli orqanlar ilə əməkdaşlığa hazır olduğunu bildirib. "Biz bu hadisədən zərər çəkmiş ailələrə, dostlara, həmkarlara və qohumlara başsağlığı veririk. Vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq", - məlumatda bildirilir.