Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - FOTO

26 Dekabr 2024 00:17 (UTC+04:00)

Bu gün Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan Mahmud Tutunçiyev tələbə imiş. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat paylaşıb. Belə ki, 20 yaşlı mərhum Bakı Avrasiya Universitetinin tələbəsi olub. Məlumata görə, Mahmud evin tək uşağıdır.