Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tula vilayətinin Uzlovski rayonunda avtomobil zavodunda baş vermiş yanğınla əlaqədar 510 nəfəri təxliyə ediblər.
SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən bildirilib. Müəssisədə karton qutuların yandığı dəqiqləşir.
...Ölən və yaralanan yoxdur. 510 nəfər təxliyə edilib.
Məlumatda belə deyilir.
Bundan əvvəl Tatarıstan üzrə İstintaq Komitəsi Elabuqa rayonunun Maloreçenski kəndində işçilərin müvəqqəti məskunlaşdıqları evdə baş vermiş yanğın nəticəsində 6 nəfərin ölümü ilə bağlı cinayət işinin başlandığını elan etmişdi.
Əli Babayev