Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub

25 Dekabr 2024 21:13 (UTC+04:00)

Aktauda təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev məlumat verib.

"Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb", - deyə Marat Karabayev Aktauda keçirilən brifinqdə bildirib.

Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub.

Təyyarə ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.